Modern.az

Moskva-Yerevan aviareysində azərbaycanca SALAMLAMA: Ermənilər təşvişə düşdü

Moskva-Yerevan aviareysində azərbaycanca SALAMLAMA: Ermənilər təşvişə düşdü

Təhsil

10 Fevral 2015, 15:53


Ötən gün Rusiyanın “Aeroflot” aviaşirkətinin Moskva-Yerevan marşrutu  ilə hərəkət edən SU 1866 reysində maraqlı hadisə yaşanıb.

Modern.az saytının məlumatına görə bu barədə Ermənistanın “Joxovurd” nəşri məlumat yayıb.  

Qəzet yazıb ki, təyyarə uçuşa hazırlanan zaman ekipaj sərnişinləri rus və Azərbaycan dillərində salamlayıb və bu da salonda olan ermənilərdə təşviş yaradıb.  

“Bundan sonra sərnişinlər arasında təlaş yarandı. Onlar elə bildilər ki, əyləşdikləri təyyarə Bakıya uçur. Lakin təyyarənin ekipaj üzvləri sərnişinləri sakitləşdirib və izah edib ki, bu bir texniki səhvdir. Bundan başqa o da müəyyənləşib ki, təyyarənin ekipaj üzvlərinin komandiri erməni Eduard Ovannisyandır”,-deyə yayılan məlumatda bildirilir.  

Nəşr qeyd edib ki, sərnişinləri Azərbaycan dilində salamlayan Svetlana adlı stüardessa olub və ekipaj komandiri texniki səhvə görə üzr istəməyib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir