Modern.az

“Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır”

 “Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır”

Təhsil

10 Fevral 2015, 17:05

“Bu görüş barəsində Azərbaycan tərəfinin əvvəlcədən məlumatı var. Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır”. Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin Yerevan şəhərində Karen Mirzəyan ilə görüşü məsələsinə aydınlıq gətirərkən deyib.

Nazirlik rəsmisi bildirib ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü ilin oktyabr ayında Azərbaycanda səfərdə olan zaman Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb və münaqişənin həllinə dair onların baxışlarını dinləyib.

“Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında təmaslar olmalıdır. Avropa İttifaqı bu təmasların təşviq edilməsində öz rolunu oynaya bilər”deyə, H. Hacıyev vurğulayıb.

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir