Nikol Harris fevralın 4-də gecə özünü yaxşı hiss etmədiyindən hamama getdi.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın bir qədər sonra oradan əllərində yeni doğduğu körpəsi ilə çıxıb. Onun uşaq doğması tam gözlənilməz olub, çünki hamilə olması barədə təsəvvürü olmayıb, bununla bağlı hər hansı əlamətlər də hiss etməyib.
Qadın hamamda uşağı dünyaya gətirəndən sonra onu dəsmala bükərək boyfrendi Ceremi Hillanı oyadaraq 911-ə zəng vurmasını xahiş edib.
Balaca Ceremia 3 kiloqram çəki ilə doğulub və tamamilə sağlamdır.
Modern.az