Məşhur müğənni Uitni Hyustonun qızı Bobbi Braunun atası onu süni həyat aparatından ayırmaq qərarına gəlib. Sabah - fevralın 11-də Bobbini anasının vəfatının ildönümündə süni həyat aparatından ayıracaqlar. Bu barədə xarici KİV-lər xəbər yayıb.
Bobbi Braun bir müddət hamamda huşunu itirmiş vəziyyətdə tapılmışdı. O, fevralın 1-dən koma vəziyyətində həyat aparatına qoşulmuşd. Həkimlər 21 yaşlı qızın yaşaması üçün heç bir şansın olmadığını deyirlər. Buna görə də Bobbinin ölümü rəsmiləşdiriləcək.
Bobbinin anası, məşhur müğənni Uitni Hyuston üç il bundan əvvəl yüksək dozada narkotik qəbulu nəticəsində yaranmış kəskin ürək çatışmazlığı səbəbindən həyatını itirmişdi.
Modern.az