Modern.az

Əbülfəs Qarayev “Qızıl Aypara”nı təbrik etdi

Əbülfəs Qarayev “Qızıl Aypara”nı təbrik etdi

11 Fevral 2015, 15:09

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 95 illik yubileyi münasibətilə təbriklər daxıl olmaqdadır. Növbəti belə təbrik məktubu nu cəmiyyətə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən göndərib.

Məktubda deyilir:

- Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti cənab Novruzəli Aslanova

Hörmətli Novruzəli müəllim!

Sizi və rəhbərlik etdiyiniz cəmiyyətin kollektivini Azərbaycanın Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 95 illiyi və 10 mart – Qızıl Aypara Günü  münasibətilə ürəkdən təbrik edirik!

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) 1920-ci il martın 10-da general Əliağa Şıxlinskinin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə müraciəti əsasında yaradılan, müstəqillik dövründə isə ulu öndər Heydər Əliyevin təklifi ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən  dövlət himayəsinə götürülən və ölkə ərazisində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının missiyasını həyata keçirən yeganə rəsmi təşkilat kimi tanınır. Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə hər ilin 10 mart tarixi Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti yarandığı gündən Azərbaycan  xalqının yanında olmuş, köməksiz və yardıma ehtiyacı olan insanlara daim dəstək vermişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə sosial və psixoloji yardımların göstərilməsi, əsir və girovluqdan azad edilən vətəndaşların reabilitasiyası sahəsində cəmiyyətin fəaliyyəti xüsusi qeyd edilməlidir. AzQAC uzun illərdən bəri həyata keçirdiyi qan donorluğu işini uğurla davam etdirməsi, xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinə kömək göstərməsi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Qurumun Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri Federasiyasında təmsil olunması müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına, ölkəmizin üzləşdiyi humanitar problemlərin miqyası barədə daha dolğun təsəvvürün yaranmasına kömək edir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında 2004-cü il 31 yanvar tarixli sərəncamı və 2007-ci ildə qəbul edilmiş Qızıl Aypara Cəmiyyəti haqqında qanun dövlətimizin bu təşkilatın fəaliyyətinə necə böyük önəm  verdiyinin, ona xüsusi  diqqət və qayğı göstərdiyinin əyani təzahürü kimi qiymətləndirilməlidir.

Ümidvarıq ki, Qızıl Aypara Cəmiyyəti bundan sonra da özünün nəcib missiyasını layiqincə davam etdirəcək, ölkəmizin ictimai həyatında və sosial inkişafında fəal rol oynayacaqdır.

Hörmətli Novruzəli müəllim!

Bir daha Sizi və Azərbaycanın bütün qızıl ayparaçılarını Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 95 illiyi və 10 mart – Qızıl Aypara Günü  münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin kollektivi və şəxsən öz adımdan ürəkdən təbrik edir, çətin və şərəfli işinizdə böyük uğurlar arzulayırıq.

Hörmətlə,
Əbülfəs Qarayev
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir