Modern.az

Balakən sakinlərində saxta əskinaslar tutulub

Balakən sakinlərində saxta əskinaslar tutulub

11 Fevral 2015, 15:25

Fevralın 10-da saat 03 radələrində Yasamal rayonu ərazisindəki sağlamlıq mərkəzlərindən birindən Yasamal Rayon Mühafizə İdarəsinə daxil olan “həyəcan” siqnalı yoxlanılarkən ödəniş kimi saxta pul verməyə cəhd göstərən Balakən rayon sakinləri Urfan Hacıyev və Elmin Qasımov saxlanılıblar. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, onlardan 15 ədəd 20 manatlıq və 6 ədəd 5 manatlıq saxta əskinas götürülüb və 27-ci polis bölməsinə təhvil veriliblər. Onların Balakən rayon sakinləri Ruslan Xəmmədov və Ceyhun Osmanovla birgə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində kirayədə yaşadıqları evə baxış zamanı əlavə 25 ədəd 20 manatlıq, 19 ədəd 1 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə U.Hacıyev, E.Qasımov, R.Xəmmədov və C.Osmanov da tutulublar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir