Modern.az

Şahbaz Xuduoğlunun xanımının ölümü ilə bağlı cinayət işi başlanıb

Şahbaz Xuduoğlunun xanımının ölümü ilə bağlı cinayət işi başlanıb

12 Fevral 2015, 11:12


Şahbaz Xuduoğlunun həyat yoldaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb. Masallı Rayon Polis Şöbəsinin müstəntiqi Elvin Əzimovun APA-ya verdiyi məlumata görə, ötən gün Masallı-Yardımlı yolunda baş verən qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları pozduqda zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

E. Əzimov bildirib ki, ilkin ehtimala görə, yol qəzasının baş verməsinə hava şəraitinin yağışlı olması və sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Qeyd edək ki, ötən gün saat 15.30 radələrində Masallı-Yardımlı yolunda “Qanun” Nəşrlər Evinin sürücüsü, Bakı şəhər sakini  Rafiq Muxtar oğlu Mustafayevin idarə etdiyi  90-LB-944 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobil dərəyə aşıb. Nəticədə maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib. 

 Avtomobildə olan digər sərnişin 1974-cü il təvəllüdlü Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, xəsarət alan İlahə Əliyeva isə bacısıdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir