“Müsavat Partiyasından çıxarılanların geri qaytarılması üçün artıq təşəbbüs irəli sürülüb”. Bunu Modern.az-a Müsavatın Məclis üzvü Vurğun Əyyub partiyadan xaric edilənlərlə bağlı danışarkən belə deyib.
O qeyd edib ki, partiyadan bu qədər adamın uzaqlaşdırılması yaxşı hal deyil: “Ona görə də Müsavatın bir neçə nüfuzlu üzvü tərəfindən partiya rəhbərliyinin verdiyi qərarlara yenidən baxmaq və partiya üzvlərinin əsassız yerə çıxarılmasına qarşı etirazımızı müraciət şəklində etmişik. İndi qarşı tərəfin müraciətə necə cavab verəcəyini gözləmək lazımdır”.Vurğun Əyyubun sözlərinə görə, partiya daxilində qisasçılıq fikirnə düşənlər də var: “Burda söhbət partiyanın istər tanınmış, istərsə də tanınmamış üzvlərinə nizamnamə çərçivəsində verilən cəzadan söhbət gedir. Hesab edirəm ki, bu adamlara verilən cəza nizamnamə tələblərinə uyğun deyil.
Sadəcə olaraq, bu adamların partiya rəhbərliyinə yönəlik söylədiyi tənqidləri nizamnamə ilə qadağan edilib. Eyni zamanda, partiya rəhbərliyindəki bir qrup nizamnamə tələblərini bəhanə gətirərək qisasçılıq fikrinə düşüb”.
Namidə BİNGÖL