Modern.az

Azay Quliyev Ukrayna səfiri ilə görüşüb

Azay Quliyev Ukrayna səfiri ilə görüşüb

12 Fevral 2015, 16:36


Bu gün ATƏT Parlament Assambleyasının Büro üzvü, Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə görüşüb. Millət vəkili Azay Quliyev Azərbaycan-Ukrayna münasibətlərinin zəngin tarixi ənənələrə, dostluq və qarşılıqlı hörmətə əsaslandığını deyib. ATƏT-in Komitə sədrinin müavini Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarda birmənalı mövqe nümayiş etdirdiyini bildirib.

Azay Quliyev Ukraynanın şərqində baş verən hərbi əməliyyatlar nəticəsində çox sayda insanın həlak olmasından və minlərlə ukraynalının məcburi köçkünə çevrilməsindən ciddi  narahat olduğunu  və bu məsələnin ATƏT PA-nın 18-20 fervral tarixində Vyanada keçiriləcək qış sessiyasında müzakirə olunacağını qeyd edib.

Səfir Aleksandr Mişenko Ukraynanın  ATƏT PA çərçivəsində Azərbaycanla yaxından əməkdaşlıq etməsində və  hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi istiqamətində birgə fəaliyyətin əlaqədəndirilməsində maraqlı olduqlarını bildirib.

Səfir  ATƏT-ə üzvü olan hər iki ölkənin beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığının region üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir