Modern.az

Azərbaycan XİN: "Emin Hüseynov İsveçrə səfirliyində gizlənib"

Azərbaycan XİN: "Emin Hüseynov İsveçrə səfirliyində gizlənib"

12 Fevral 2015, 17:53


Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, hüquq müdafiəçisi, jurnalist Emin Hüseynovla bağlı açıqlama yayıb.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a bildirib: 

"Azərbaycan Respublikasının vətəndaşı Emin Hüseynov barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla, 19 avqust 2014-cü il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.  

Məhkəmə qərarı əsasında aparılmış araşdırmalar nəticəsində Emin Hüseynovun “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” ictimai birliyinin sədri kimi qeydiyyata alınmayan qrantmüqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 1.575.956 manat məbləğindəkülli miqdarda gəlir əldə etdiyi və dövlət büdcəsinə ödənilməli olan 247.551 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayındığına dair əsaslı şübhələr müəyyən edilib.  

07 iyul 2014-cü il tarixindən etibarən Emi Hüseynov dəfələrlə ünvanına çağırış vərəqələri göndərilməklə istintaqa dəvət edilsə də, qaçaraq İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı Səfirliyində gizlənib.  

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər bir vətəndaşın təqsirsizlik prezumpsiyası hüququ vardır.  

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrəzəruri istintaq tədbirləri davam etdirilir".

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir