Modern.az

Təhsil Nazirliyi Məleykə Abbaszadənin iradlarına cavab verdi

Təhsil Nazirliyi Məleykə Abbaszadənin iradlarına cavab verdi

12 Fevral 2015, 18:10

Təhsil Nazirliyi KİV-də təhsil sahəsi ilə bağlı yayılan məlumatlarlaəlaqədar daxil olan sualları ümumiləşdirərək onları cavablandırıb.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleuykə Abbaszadə dünən son illər orta məktəb məzunlarının göstərdiyi nəticələrin aşağı olmasından danışaraq, tənqidi fikirlər səsləndirmişdi.

Təhsil Nazirliyi isə TQDK sədrinin iradlarına cavab olaraq bildirib ki, son 3 ildə ölkədəki ümumtəhsil məktəblərdəki ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilir.

“Gəlin onların nəticələrinə diqqət yetirək. 2012-ci ildə 9-cu sinfi bitirərək müvəffəqiyyət qazanmış (yəni, müsbət qiymət almış) məzunların sayı 50,27% idi isə, 2013-cü ildə bu rəqəm 58,41%-ə, 2014-cü ildə 62,04%-ə yüksəlib.

2012-ci ildə 11-ci sinfi bitirərək müvəffəqiyyət qazanmış məzunların sayı 68,9% idi isə, 2013-cü ildə onların sayı 72,14%-ə, 2014-cü ildə isə 74,11%-ə qədər artıb.

Beləliklə, TQDK-nın verdiyi rəqəmlər ümumi təhsildə dinamikanın müsbətə doğru dəyişdiyini təsdiqləyir”.

Təhsil Nazirliyi qəbul imtahanlarında toplanan balların ümumtəhsil məktəblərində tətbiq edilən 5 ballıq sistemə (0 – 200 bal bərabərdir “2”-ə, 200 – 300 bal - “3”-ə, 300 – 500 bal - “4”-ə, 500 – 700 bal - “5”-ə) uyğunlaşdırılması əmsalının doqğur olub-olmadığına belə aydınlıq gətirib:

“Belə bir yanaşmanın elmi əsasları yoxdur. Bu cür müqayisənin hansı meyarlar əsasında aparılması da aydın deyildir. 

Qəbul imtahanlarının nəticələrinin əvvəlcədən proqnozlaşdırılmasının mümkünlüyünə gəlincə, nazirlik “yuxarı siniflərdə davamlı surətdə aparılan sınaq imtahanlarının nəticələri belə proqnozların verilməsində bir mənbə kimi çıxış edə bilər”-deyə bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir