Modern.az

AB-dən Rusiyaya müsbət siqnal: “Sanksiyalar tədricən ləğv oluna bilər”

AB-dən Rusiyaya müsbət siqnal: “Sanksiyalar tədricən ləğv oluna bilər”

12 Fevral 2015, 18:42



Avropa Birliyinin xarici siyasət komissiyasının rəhbəri Federika Moqerini Minsk razılaşmalarının qüvvəyə minməsindən sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bir hissəsinin ləğv oluna biləcəyini deyib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Moqerini sanksiyaalrın ləğvinin Minsk razılaşmasının icrası ilə sıx bağlı olduğunu deyib.

“Sanksiyalar olacaq. Sanksiyaların genişləndirilməsi barədə müzakirələr də yoxdur. Hazırki sanksiyaların ləğvi barədə də söhbət getmir. Lakin razılşamaların icra olunması həyata keçirildikcə sanksiyalar tədricən zəifləyəcək. Biz bilirik ki, razılıq əldə etmək vacibdir. Lakin onların icra olunması daha vacibdir”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir