Modern.az

Prezident hərbi qulluqçulara "general-mayor" rütbəsi verib, medalla təltif edib –SİYAHI

Prezident hərbi qulluqçulara "general-mayor" rütbəsi verib, medalla təltif edib –SİYAHI

12 Fevral 2015, 20:10


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları polkovnik Zaur Qasım oğlu Abdullayevə və polkovnik Səxavət İbrahim oğlu Salmanova “general-mayor” ali hərbi rütbəsi verilsin.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Sərəncamda deyilir ki, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilsinlər:

Əhmədov Asəf Müzəffər oğlu – polkovnik

Əliyev Fikrət Əli Səftər oğlu – polkovnik

Şahverdiyev Mayıl Seminar oğlu – polkovnik

Babayev Azər Ələddin oğlu – polkovnik-leytenant

Baxşəliyev Ziyarəddin Ramazan oğlu – polkovnik-leytenant

Əliyev İlqar Əmiraslan oğlu – polkovnik-leytenant

Məmmədov Şaiq Bilman oğlu – polkovnik-leytenant

Rəhimov Novruz Məmməd oğlu – mayor

Modern.az

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir