Modern.az

Abituriyentlərə şad xəbər - Girnə Amerikan Universitetində pulsuz təhsil alacaqlar

Abituriyentlərə şad xəbər - Girnə Amerikan Universitetində pulsuz təhsil alacaqlar

13 Fevral 2015, 14:30

Bu, azərbaycanlı mütəxəssisin universitetə təyinatından sonra baş verib


Həmyerlimiz, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri, beynəlxalq təhsil proqramları üzrə mütəxəssis Orxan Həsənoğlu yeni təyinat alıb.

Modern.az-ın məlumatına görə, o, dünyanın tanınmış universitetlərindən olan, Türkiyə və Şimali Kiprin ilk özəl universiteti sayılan Girnə Amerikan Universitetinin Millətlərarası təhsil proqramları departamentinin direktoru vəzifəsinə təyin olunub.

Bu departament qısa müddətli kursların təşkili, peşə ixtisasıın artırılmaslı yönündə fəaliyyət göstərəcək. Eyni zamanda dünya təhsil turizmində ən çox tələb olunan beynəlxalq yay ingiliscə məktəbləri təşkil edəcək.

Orxan Həsənoğlunun təklifi ilə Girnə Amerikan Universiteti bu il Azərbaycandan olan 20 bakalvr tələbəsi ilə birlikdə 10 magisturatura tələbəsinə yüz faiz təhsil haqqından azad olmaq imkanı qazandıracaq.
Eyni zamanda qış semestrində ölkəmizdən gələcək tələbələr isə təhsil haqqının 75 faizindən azad olunacaq.

Həmçinin yay tətilini səmərəli keçirmək və eyni zamanda ingilis dili kursu keçərək beynəlxalq sertifikata sahib olmaq istəyənlər 2 həftəlik və bir aylıq Girnə Amerikan Universitetinin təşkil edəcəyi yay düşərgəsinə qatıla bilər ki, azərbaycanlı məktəbli və tələbələr üçün də bu baxımdan güzəştli paketlər təklif olunur.

Məlumat üçün bildirək k, Girnə Amerikan Universiteti 1985-ci ildən fəaliyyət göstərir. Hazırda universitetin Vaşiqton, İngiltərə, İstanbul və Honk-Konqda da kampusları fəaliyyət göstərir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza