Modern.az

İctimai TV-dən “Eurovision” xəbərdarlığı: "Biz də adekvat addım atacağıq"

İctimai TV-dən “Eurovision” xəbərdarlığı: "Biz də adekvat addım atacağıq"

13 Fevral 2015, 16:20

Avstriyada keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsində Ermənistan təmsilçilərinin qondarma soyqırıma həsr olunmuş “Don't Deny” (İnkar etmə) adlı mahnı oxuyacağı haqda xəbərə Azərbaycanın İctimai Televiziyası münasibət bildirib. İctimai TV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib:

“İctimai Televiziya və Radio Yayımları Şirkəti olaraq hesab edirik ki, “Eurovizion” mahnı müsabiqəsidir və xoş məram güdən bu yarışma hansısa ölkənin siyasi ambisiyasının qurbanı ola və siyasi meydana çevrilə bilməz.

İctimai Televiziya və Radio Yayımları Şirkəti olaraq bəyan edirik ki, əgər bu xəbər təsdiqlənsə, biz də həmin müsabiqədə adekvat addım atacağıq”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza