Modern.az

Deputat parlamentə qoç gətirdi: “Xalq bu iqtidarı qoç kimi yıxacaq” - FOTOLAR

Deputat parlamentə qoç gətirdi: “Xalq bu iqtidarı qoç kimi yıxacaq” - FOTOLAR

13 Fevral 2015, 16:31

Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP)  Ərdahandan olan  millət vəkili Ensar Öyüd avtomobilinin baqajında Türkiyə Böyük Millət Məclisinə (TBMM) gətirdiyi qoçla bağlı açıqlama verib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Öyüd qoçun bulaşdırdığı yerləri öz əlləri ilə təmizləyib.

Türkiyədə bir adamın ildə ortalama 12 kilo ət yediyini və bunun qeyri-kafi olduğunu bəyan edən Ensar Öyüd deyib: “Ölkəmizdə 5 ildən bəri idxalat edilir. 2010-cu ildə başlayan ət və heyvan idxalatına təxminən 5 milyard dollar pul ödənib. Əkinçilik məhsullarına AKP dövründə 80 milyard dollar ətrafında pul ödənib. Bu gün istehlakçı əti 30-40 lirəyə alır, ət yeyə bilmədiyi üçün zülal götürə bilmir”.

İdxal ilə ətin ucuzlalaşdırılmayacağını qeyd edən Öyüdün fikrincə, kənddə heyvan qalmayıb, heyvan qalmayınca da insanlar köç edir: “İribuynuzlu heyvanlar Türkiyədə yox olma vəziyyətinə gəlib. Vətəndaşın ucuz ət ala bilməsi üçün kəndlinin inkişafı lazımdır. İdxala ödənən pulu kəndlimizə ödəyək və kəndlimizi inkişaf etdirək”.

Bir jurnalistin “qoçu baqajda gətirərək heyvana əziyyət etmiş olmadınızmı” sualına Öyüd belə cavab verib: “Xeyr, ən yaxşı şəkildə yemlərini verərək gətirdik”.

Kəndlərdə qoyun qalmadığı üçün Ərzurumda cağ kababı edənlərin Balıkesirdən ət gətirdiklərini bildirən deputat kəndlərdə qızların gənc kişilərlə evlənmədiklərini, bunun səbəbinin isə işsizlik olduğunu iddia edib.  Qoçu tutmaqda çətinlik çəkən millət vəkili deyib: “Bu bizim baqajda gəldi. Polisin bir qəbahəti yox. Avtomobili mən istifadə etdiyim üçün kimsə baxmadı. AKP hökuməti 2015 seçkilərində artıq xalqı qoyun olaraq görə bilməyəcək. Xalq qoç olaraq başını yelləyəcək və AKP iqtidarını yıxacaq”.

Qoçu bir müddət parlamentdə gəzdirən Öyüd sonra yenidən avtomobilinin baqajına qoyub.










Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza