Modern.az

Qarabağ separatçılarından Minsk qrupuna təklif – “Avropa Oyunları vaxtı atəşkəs pozulmasın!”

Qarabağ separatçılarından Minsk qrupuna təklif – “Avropa Oyunları vaxtı atəşkəs pozulmasın!”

13 Fevral 2015, 17:05


ATƏT-in Minsk qrupunun həmsədrlərinin bir neçə gündən sonra regiona başlaycaq səfəri çərçivəsində Dağlıq Qarabağ separatçıları onlara bir neçə təklif irəli sürəcək.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, separatçı rejimin “prezidenti”nin mətbuat katibi David Babayan görüş zamanı həmsədrlərə münaqişə ilə bağlı iki təklif verəcəkəlrini deyib:

“Təbii ki, danışıqların mərkəzində cəbhə xəttindəki insidentlərin müzakirəsi olacaq. Bizim Minsk qrupuna təkliflərimiz var. Bu il Bakıda Avropa Oyunları keçiriləcək. Təbii ki, belə hallar olanda regiondakı bütün konfliktrlər dondurulur. Bunu müzakirə edəcəyik. Bundan başqa, təmas xəttindəki insidentləri müzakirə etmək üçün təkliflərimiz də var”.  

Minsk qrupunun həmsədrləri fevralın 16-da Azərbaycana, sonra Ermənistana və Dağlıq Qarabağa səfər edəcəklər.  

Modern.az    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza