Rusiya və Ukrayandakı millətçi dairələrdə Aleksandr de Kroq kimi tanınan neonasist Aleksandr Matyuşin separatçı “Donset Xalq Respublikası”nın hələ 2000-ci illərdə yaradılması ilə bağlı etiraflar edib.
Modern.az Ukrayna mətbuatına istnadən xəbər verir ki, Rusiyanın “Şüar” saytına müsahibəsində Matyuşin 2014-cü ilin yazında Donetskdə necə iğtişaş törətmələri ilə bağlı təfərrüatları paylaşıb.
O, skinhed keçmişini danmayıb, hazırda Donetskdə separatçıların yaratdığı komendantlıqda çalışdığını deyib: “Hər şey 2000-ci illərdə başladı. O vaxt mən skinhed hərəkatına qoşuldum və Moskvaya gəldim. 2005-ci ilin sonlarında Donbasdakı etirazçı hərəkat tükənmək üzrə idi. Mən “Yuşşenkosuz Ukrayna” koalisiyasından olan tərəfdaşlarımla “Donetsk Respublikası” ictimai hərəkatını yaratdım. Həmin vaxtdan fəaliyyətim bu hərəkatla bağlı olub”.
Onun sözlərinə görə, 2013-cü ilin sonlarında “Donetsk Respublikası”nın hərbi qanadı “Varyaqlar” müstəqil fəaliytyətə başlayıblar və 2014-cü ilin mart-may aylarında Donbasdakı iğtişaşlarda aktiv rol oynayıblar: “Onlar Donetsk aeroportundakı döyüşlərdə və Rusiyadan gönədilən humanitar yüklərin Donbasda payalanılmasına nəzarət ediblər”.Özünü pravoslav faşist adlandıran Matyuşin “ukraynalılar rusların böyük imperiya ideyalarını dəstəkləmirlər çünki damarlarında slavyan qanı axmır”, - deyərək ölkənin şərqindəki separatizmə haqq qazandırır.
Modern.az