Modern.az

Peterburqda azərbaycanlı generalın heykəli ucaldılacaq

Peterburqda azərbaycanlı generalın heykəli ucaldılacaq

Təhsil

13 Fevral 2015, 17:30

Rusiyanın şimal paytaxtı sayılan Sankt-Peterburqda Hüseyn Xan Naxçıvanskinin heykəli ucaldılacaq.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, heykəlin ucaldılması şəhərdə fəaliyyət göstərən “Naxçıvan” milli-mədəni birliyinin təşəbbüsü ilə baş tutacaq. Rusiya İmperiyasının general-adyutantı olan Hüseyn Xan Naxçıvanski Birinci Dünya Müharibəsində aktiv iştirak edən hərbi xadimdir.

Onun bürünc heykəli qranit postamentlə birlikdə 2,75 metr hündürlüyə malik olacaq. Heykəlin yerləşəcəyi meydan isə istirahət guşəsinə çevriləcək.

“Naxçıvan” milli-mədəni muxtariyyətinin rəhbəri İdris Qəhrəmanov layihənin Peterburq şəhər şurasında müsbət rəy aldığını və işlərin yaxında başlayacağını deyib. O əlavə edib ki, Hüseyn Xan Naxçıvanskinin heykəli Rusiya və Azərbaycan xalqlarının yaxınlaşmasına xidmət edəcək.  

Hüseyn Xan Naxçıvanski Rusiya İmperiyasının aralarında 2 Georgi ordeni, “Cəsarətə görə” qızıl siahlı və 9 xarici dövlətin hərbi ordenləri olmaqla 20-dən artıq mükafatla təltif olunan nadir zabitlərdən biri olub.

Çar II Nikolaya sona qədər sədaqətli olan Naxçıvanskini 1919-cu ilin yanvarında Petropavlovsk qalasında bolşeviklər güllələyib.


Modern.az      


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza