Modern.az

Ombudsman nümayəndələri İntiqam Əliyev və Xədicə İsmayılla görüşüblər

Ombudsman nümayəndələri İntiqam Əliyev və Xədicə İsmayılla görüşüblər

13 Fevral 2015, 18:05


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun  üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə başçəkmə zamanı Ombudsmanın nümayəndələri həmin müəssisədə 20-dək   saxlanılan şəxslə, o cümlədən İntiqam Əliyev, Xədicə İsmayılova, Rasim Əlizadə, Asif Yusifli ilə görüşmüş, həmin şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə bağlı vəziyyəti  öyrəniblər.

Bu şəxslər bir qayda olaraq, saxlanma şəraiti və rəftarla bağlı şikayətlərinin  olmadığını bildirmiş, iki təqsirləndirilən şəxsin şəraitlə bağlı qaldırdığı məsələ müəssisə rəhbərliyi ilə müzakirə olunub, müvafiq tövsiyələr verilib.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza