Modern.az

Xədicə İsmayıla qarşı yeni ittihamlar irəli sürülüb

Xədicə İsmayıla qarşı yeni ittihamlar irəli sürülüb

13 Fevral 2015, 20:10

Həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı yeni ittihamlar irəli sürülüb. 

Vəkil Fariz Namazlı "Amerikanın Səsi"nə bildirib ki, jurnalistə qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.

Vəkil deyib ki, prokurorluq "Azadlıq" radiosunun fəaliyyəti haqqında 15 yanvar vergi aktı əsasında bu ittihamları irəli sürüb.

“Xədicə İsmayıl özünü təqsirli bilmir və ifadə verməkdən imtina edib”, -deyə F.Namazlı qeyd edib.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" iddiası ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır.

Yanvarın 27-də Səbail rayon Məhkəməsi istintaq orqanın verdiyi vəsatəti qismən təmin edərək, jurnalist Xədicə İsmayılın həbs müddətinin 1 ay, 19 gün uzadılması barədə qərar çıxarıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza