Modern.az

Vasif Adıgözəlovun oğlu prezidentə nə yazıb?

Vasif Adıgözəlovun oğlu prezidentə nə yazıb?

Təhsil

13 Fevral 2015, 23:19


Azərbaycan Bəstəkarlar İttifaqının mərhum sədri, xalq artisti Vasif Adıgözəlovun oğlu Yalçın Adıgözəlov ölkə başçısı İlham Əliyevə təşəkkür məktubu yazıb

Modern.az-ın məlumatına görə, Y.Adıgözəlov atasının 80 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayn prezidentə ailəsi adından minnətdarlığımızı bildirib.

Qeyd edək ki, 2015-ci ilin iyul ayında görkəmli bəstəkar, xalq artisti, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun anadan olmasının 80 illiyi tamam olur. Prezidentin sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyi V.Adıgözəlovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

V.Adıgözəlovun iki oğlu var. Bunlar Azərbaycanda tanınmış dirijoru Yalçın Adıgözəlov və Mərkəzi Klinik Xəstəxananın baş direktoru Toğrul Adıgözəlovdur.
Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza