Modern.az

Mingəçevirdə AXCP fəalı həbs edildi

Mingəçevirdə AXCP fəalı həbs edildi

14 Fevral 2015, 02:24
 
Azərbaycan Xalq Cəhbəsi Partiyasının (AXCP) Mingəçevir şəhər şöbəsinin keçmiş sədri Qadir Xudabaxşıyev həbs edilib. Onun üzərindən silah tapıldığı iddia olunur.
Modern.az "Azadlıq" qəzetinə istinadən xəbər verir ki, Mingəçevir polisinin yaydığı məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə əməliyyatı nəticəsində şəhərin Yeni Həyat qəsəbəsindəki 103 saylı evdə yaşayan Ağdam rayonundan olan məcburi köçkün Xudabaxşıyev Qadir Nadir oğlu Vaqif küçəsindəki 17 saylı ünvanda yerləşən kafedə şübhəli şəxs qismində saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan “TT” markalı tapança və güllə sandıqçası tapılıb.
 
AXCP bəyan edib ki, Qadir Xudabaxşıyev Mingəçevirdə partiya fəallarından biridir. "Çox vaxt partiya funksionerləri narkotika ilə şərlənir, Qadir Xudabaxşıyev isə görünür, müharibə veteranı olduğu üçün silah "yaraşdırıblar". O, xeyli müddət idi ki, siyasi fəallığına görə hədəfdəydi. Dəfələrlə şəhər polisinə aparılaraq xəbərdarlıq edilib. Partiya əmindir ki, ondan silahı başqalarından narkotik çıxardıqları kimi çıxarıblar, yəni şərləyiblər"-deyə AXCP bəyan edib. 
 
AXCP-dən onu da xatırladıblar ki, partiyaya qarşı son bir neçə ayda təzyiqlər artan xətt üzrə gedir. Yalnız son 3 ayda 5 nəfər partiya fəalına qarşı qondarma cinayət işləri başlanıb, daha 5 nəfər partiya fəalı isə şərlənərək 30 sutka inzibati həbs cəzadı alıb.
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza