Avropa Taekvondo Birliyi (ATB) və Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən Antalyada təşkil edilən “G1” kateqoriyalı klublararası üçüncü Avropa çempionatı başa çatıb.
Çempionatda ölkəmizi Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin, “Qəbələ”, “Gilan”, “Neftçi”, “Sumqayıt” və “Fateh” klublarının taekvondoçuları təmsil ediblər.
Modern.az-ın məlumatına görə, çempionatda taekvondoçularımız ümumilikdə 6 medal qazanıblar. Yeniyetmələr arasında yarışlarda qızlardan Minayə Əkbərova (33 kq), gənc qızlardan Nərgiz Mirzəyeva (42 kq) və Jalə Əsədli (68 kq), gənclər oğlanlar arasında isə Şamil Şirinzadə (45 kq), İlham Əliyev (45 kq) və Əli Məmmədov (51 kq) bürünc medallar qazanıblar.