Ukrayna prezidenti Pyotr Poroşenkonun ştatdankənar müşaviri təyin olunan Gürcüstanın sabiq dövlət başçısı Mixail Saakaşvilinin nə işlə məşğul olacağı açıqlanıb.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Saakaşvili bu ölkəyə Qərbdən silah gətirilməsi məsələlərini koordinasiya edəcək: “İndi ən vacib məsələ Ukraynaya silahla kömək etməkdir. Qarşıdakı bir neçə gün ərzində bu məsələni koordinasiya edəcəyəm, mən konkret müəssisənin əməkdaşıyam, müstəqil siyasətçiyəm, Gürcüstan vətəndaşıyam”, - keçmiş prezident deyib.O, Ukrayna vətəndaşlığı ilə bağlı təklifi qəbul etməsə də, özünü ukraynalı kimi aparacağını da vurğulayıb. Saakaşvili onu da qeyd edib ki, daima Prezident Administrasiyasında olacaq.
Onun sözlərinə görə, hansısa ofisi də ola bilər: “Mən daima Ukraynada, ondan kənarda gəzəcəyəm və bütün bu məsələləri həll edəcəyəm”.
Modern.az