Modern.az

Obama özünün kompüter parolundan DANIŞDI

Obama özünün  kompüter parolundan DANIŞDI

14 Fevral 2015, 10:40


ABŞ prezidenti Barak Obama özünün rəqəmsal resurslarına giriş üçün sadə parollardan istifadə etdiyini bildirib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ lideri Stanford Universitetində kiber təhlükəsizliklə bağlı  çıxışı zamanı bu barədə danışıb.

Onun sözlərinə görə əvvəllər onun kompüter parolu  1 dən 7-yə qədər ardıcıl yığılan rəqəmlərdən ibarət olub.    

Barak Obama bildirib ki, eyniləşdirmə metodlarının təkmilləşdirilməsi ehtiyacını vurğulamaq üçün kompüter təhlükəsizliyinə laqeyd münasibət bəsləmək lazım deyil.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza