Dövlət Statistika Komitəsi 2014-cü ildə Azərbaycana idxal edilən kənd təsərrüfatı məhsulları barədə açıqlama verib.
Cəmi 315,0 dollar sərmayə xərcləməklə 1041,5 ton ananas meyvəsi gətirilib. Ölkələr arasında Fransa, İran və Tailandın adı çəkilir.
Belə ki, Tailanddan 265,6 dollarlıq 905,0 ton, İrandan 44,7 dollarlıq 134 ton, Fransadan 4,7 dollarlıq 1,6 ton ananas meyvəsi gətirilib. Ötən il ölkəyə cəmi 283,4 dollar xərclənilməklə 588,9 ton qurudulmuş üzüm gətirilib. Cənubi Afrikadan 48,8 dollarlıq 85,8 ton, Özbəkistan 221,6 dollarlıq 484,7 ton, Türkiyə13,0 dollarlıq 18,7 ton qurudulmuş üzüm idxal olunub. Təzə portağala gəlincə cəmi 74,3 dollarlıq 233,7 ton meyvə gətirilib ki, bunlardan da 2,7 dollarlıq 4,2 ton meyvə ABŞ-ın , 44,6 dollarlıq 139,5 ton meyvə İranın , 27,0dollarlıq 90,0 tonmeyvə isə Türkiyənin payına düşüb.
Gülşən RAUFQIZI