Kanada polisi bəyan edib ki, müqəddəs Valentin günündə Qalifakedə insanların kütləvi şəkildə güllələnməsi cəhdinin qarşısı alınıb.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayəti ən azı 2 nəfər – Yeni Şotlandiya əyalətinin Timberli şəhərindən olan 19 yaşlı kişi və ABŞ-ın İllinoys ştatının Ceniva şəhərindən olan 23 yaşlı qadın hazırlayırmış. Polisə məlum olub ki, odlu silah əldə etməyə imkanı olan bu 2 nəfər fevralın 14-də ictimai yerə yollanaraq insanları güllələdikdən sonra özlərini də öldürmək niyyətində olublar. Hazırlıq görülən cinayətin motivləri barədə açıqlama verilmir. Polis bu cinayətə Yeni Şotlandiyada yaşayan yaşları 17 və 20 olan daha 2 kişinin bağlı olduğundan şübhələnib.
İstintaq indi onların hazırlıq görülən terror aktı ilə nə qədər bağlı olub-olmadığını araşdırır. 19 yaşlı kişi fevralın 13-də səhər saatlarında evində ölü tapılıb. 20 yaşlı kişi və 23 yaşlı qadın isə Qalifaksdakı hava limanında həbs olunublar, 17 yaşlı yeniyetmə isə başqa yerdə yaxalanıb.
Modern.az