Modern.az

Keçmiş nazir atasının üç mərasimində iştirak edə bilməyib

Keçmiş nazir atasının üç mərasimində iştirak edə bilməyib

14 Fevral 2015, 12:40

Bu gün sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin atası Əmir Quliyevin üç mərasimidir. Məlumatı Modern.az saytına vəkil Əfqan Məmmədov verib.

O bildirib ki, Əmir Quliyev fevralın 12-də vəfat edib, Buzovnada dəfn olunub: “Nicat Quliyev atasının vəfatından xəbərdardır. Atasının yasına buraxılması üçün həmin gün 3-4 dəfə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etmişəm. Rəhmətə getməzdən öncə də müraciət etdim ki, Nicatın atası xəstədir, yanına buraxsınlar, heç olmasa oğlu ilə görüşsün. Xəstəxanada mərhumun yanında olanda gördüm ki, can verə bilmir. Əmir Quliyev Nicatla nəfəs alırdı.

Cəzaların icrası məcəlləsinin 89.1-ci maddəsinə nəzərdə tutulub ki, az ağır, yüngül ictimai əhəmiyyət kəsb etməyən cinayətlərə görə qısa müddətli səfər, yəni iki gün müddətində buraxıla bilər. Qanunun bu bəndi nəinki ölüm hallarına, hətta ağır xəstəliklərə də şamil olunur. Nicat Quliyev ilk dəfə cinayət törətmiş şəxsdir, il yarımdır cəza çəkir. Cəza müddətinin üçdə bir hissəsini çəkib”.

Nicat Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.  Nicat Quliyev 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Yeganə QTAYQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza