Modern.az

“Qurultayımıza Ukraynadakı hadisələr mane oldu” - İsgəndər Həmidov

“Qurultayımıza Ukraynadakı hadisələr mane oldu” - İsgəndər Həmidov

14 Fevral 2015, 13:30

“Partiyamızın  qurultayının gecikməsinin bir səbəbi var idi: Ukraynada baş verən hadisələr...”. Bunu Modern.az saytına Milliyyətçi Demokrat Partiyasının (“Boz Qurd”) qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov  deyib.

Onun sözlərinə görə artıq qurultayın keçirilməsində heç bir problem yoxdur.

“Ukraynada cərəyan edən proseslər bizim qurultay işimizi çox ləngitdi. Çünki ortada böyük  rus təhlükəsi var idi. Rusiyanın hansı istiqamətdə, hansı dövlətə tərəf nə edəcəyini bilmirdik. İndi isə hər şey aydındır. Allah qoysa, partiyanın qurultayı sentyabr, oktyabr ayında keçiriləcək”.

“Ukraynadakı hadisələr qurultayınıza mane olduğu halda, payızda keçiriləcək parlament seçkiləri qurultayın işinə mane olmayacaq” sualına İsgəndər Həmidov belə cavab verib.

“Xeyr, Ukraynada baş verən hadisələrlə ölkədə keçiriləcək parlament seçkiləri arasında böyük fərq var. Ukraynada proseslər qanlı-qadalı hadisələrlə zəngindir. Azərbaycanda isə sülh şəraitində seçkilər keçiriləcək. Bizim müxalifətin bir hissəsi hakimiyyətlə dialoqdadır. Ona görə də bizim qurultayın parlament seçkilərinə və yaxud da parlament seçkilərinin bizim işimizə heç bir maneçiliyi yoxdur”.

Qeyd edək ki, Milliyyətçi Demokrat  Partiyası ötən ilin oktyabr ayında qurultay keçirməli idi.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza