Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, fevralın 15-də səhər saatlarında Bakı-Qazax avtomobil yolunun 73-cü kilometrliyində “Shacman” markalı 2 yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərdən birinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxararaq aidiyyətı üzrə təhvil veriblər.