Modern.az

Azərbaycanda evdə uşaq doğan gəlin öldü

Azərbaycanda evdə uşaq doğan gəlin öldü

15 Fevral 2015, 14:17
 

Ağsu rayonunda faciəvi hadisə baş verib. Lent.az-ın məlumatına görə, rayonun Cəlayır kəndində yaşayan 32 yaşlı Nurlana Əzizova doğuşdan sonra vəfat edib. 

Belə ki, hamiləliyinin 7-ci ayını yenicə tamam etmiş qadının kəskin sancıları tutub və o, ev şəraitində oğlan uşağı dünyaya gətirib. Bir neçə saat sonra isə qadının vəziyyəti pisləşib və o dünyasını dəyişib. 

Ailə üzvlərinin dediyinə görə, maddi vəziyyətləri yaxşı olmadığından qadın hamiləlik müddətində həkim nəzarətində olmayıb və övladını köhnə qaydalarla ev şəraitində dünyaya gətirib. N.Əzizova daha əvvəl 2 dəfə övlad dünyaya gətirib ki, həmin uşaqlar da evdə həyata göz açıb.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.


Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza