Bu gün Milli Məclisin deputatı Malik Həsənovun 44 yaşı tamam olur.
Modern.az saytının məlumatına görə, Malik Əvəz oğlu Həsənov 1971-ci ilin fevralın 15-də Cəlilabad rayonunun Alar kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib.Malik Həsənov Yeni Azərbaycan Partiyasının üzvüdür.
O, Azərbaycan Pedaqoji Universiteti və İqtisad Universitetinin məzunudur.
IV Çağırış Milli Məclisin deputatıdır.
Evlidir, üç övlad atasıdır.
Modern.az