Modern.az

Azad Rəhimov Rusiya Olimpiya Komitəsinin fəxri sədrinə orden təqdim etdi

Azad Rəhimov Rusiya Olimpiya Komitəsinin fəxri sədrinə orden təqdim etdi

15 Fevral 2015, 18:55


Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 12 fevral 2015-ci il tarixli Sərəncamı ilə Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Georgiyeviç Smirnov Olimpiya hərəkatının inkişafında və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman əlaqələrinin genişləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Modern.az xəbər verir ki, mükafat Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov tərəfindən səbəbkara təqdim olunub.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza