Modern.az

“Nutella”nın atası”, dünyanın ən varlı italiyalısı ölüb

“Nutella”nın atası”, dünyanın ən varlı italiyalısı ölüb

15 Fevral 2015, 19:25

Fevralın 14-də “Ferrero” şirkətinin sahibi Mikele Ferrero 89 yaşında dünyasını dəyişib. Modern.az xrici KİV-ə istinadən xəbər verir ki, italiyalı biznesmen uzun müddətli xəstəlikdən sonra Monte-Karlodakı evində ölüb. Dəfn mərasimi İtaliyanın şimalındakı doğma şəhəri Albada keçiriləcək.

 

Mikele Ferrero 1949-cu ildə 32 yaşında atasından ailəyə məxsus qənnadı müəssisəsinin idarəçiliyini qəbul edib və onun rəhbərliyi sayəsində dünyanın ən məşhur şirniyyat istehsalçısı olub. Onu 1964-cu ildən istehsal olunan “Nutella”nın atası” adlandırırdılar. “Ferrero Group”un  ən tanınan brendləri arasında “Kinder”, “Nutella”, “Ferrero Rocher” və “Tic Tac” var. Konsernin bütün dünyadakı əməkdaşlarının sayı 22 min nəfərdən çoxdur, illik dövrissyəsi 8 milyard avrodur. “Forbes” jurnalı 2013-cü ildə Mikele Ferreronun varidatını 20,4 milyard dollar dəyərləndirərək onu İtaliyanın ən varlı adamı adlandırıb. Mikele Ferrero 1997-ci ildə konsernin idarəçilyini oğlanları Covanni və Petroya verib. Petro 2011-ci ildə Cənubi Afrika Respublikasında bədbəxt hadisə nəticəsində ölüb. Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza