Bundestaqın (parlamentin) Xristian-Demokrat Partiyasından (XDP) olan deputatları partiyanın rəhbəri Almaniyanın kansleri Angela Merkeli Nobel sülh mükafatına namizədliyini irəli sürəcəklərini elan ediblər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Bundestaqın deputatları Karla-Qeorqa Fellman və Silvin Pantel buna səbəb Angela Merkelin Ukraynada sülhə nail olmasıdır. Onların fikrincə, “Normand dördlüyü”nün Minskdə keçirilən görüşündə Almaniya kanslerinin Fransa prezidenti Fransua Ollandla birgə imzalanan razılaşma böyük uğurdur.
Nobel komitəsinin qaydalarına görə, parlamentarların öz namizədlərini Nobel sülh mükafatına irəli sürmək hüququ var.
Modern.az