Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC –dən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsindən keçən 500 mm magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar “+ 98 Şərq” anbarından magistral xəttə suyun verilişi dayandırılıb. Bununla əlaqədar 18 bu gün ərzində Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Modern.az