Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan Ermənistandakı gərgin siyasi proseslərlə bağlı şərh verib.
Modern.az saytı Ermənistan KİV-nə istinadla xəbər verir ki, Levon Zurabyan “Çiçəklənən Ermənistan” Partiyasının lideri, oliqarx Qaqik Tsarukyanın hakimiyyətə gəlməsi məsələsi ilə jurnalistlərin suallarını cavablandırıb.
Levon Zurabyan Gürcüstan nümunənəsi misal ətirərək qeyd edib ki, Qaqik Tsarukyanı Bidzina İvanaşvili ilə müqayisələr edilir. Deputat deyib ki, bu müqayisələri edənlər Ermənistan prezidenti Sej Sərkisyanın erməni Saakaşvilisi olmasını qəbul edirlər.Ermənistanın “Lragir” nəşri Levon Zurabyanın fikirlərindən belə bir nəticə çıxarıb ki, əslində Serj Sərkisyan 27 noyabr 2013-cü il tarixində Avropa İttifaqı ilə assosiasiya sazişi imzalasaydı ermənilərin Saakaşvilisi olardı. “Amma Sərkisyan 3 sentyabr 2013-cü il tarixində Ermənistanın Avrasiya İttifaqına girişi haqqında bildirdi. Bundan sonra onu Saakaşvili adlandırmaq sadəcə qəribədir”,-deyə nəşr qeyd edib.
Aqşin Kərimov