Modern.az

Ateist yazar parçalanaraq öldürüldü

Ateist yazar parçalanaraq öldürüldü

27 Fevral 2015, 17:00


ABŞ-da yaşayan və Amerika vətəndaşı olan Avijit Roy həyat yoldaşı ilə birlikdə bir kitab sərgisinə qatılmaq üçün getdiyi Banqladeşin paytaxtı Dəkkədə hücuma uğrayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yazar və həyat yoldaşına hücum edən qrup, Royun özü kimi blog yazarı olan həyat yoldaşı Rafida Ahmedi də ağır yaralayıblar.  

Polis hələ təcavüzkarların şəxsiyyəti ilə əlaqədar açıqlama verməyib, ancaq Royun dünyəviliyi müdafiə edən yazıları səbəbindən təhdid edildiyi bildirilir.  

Yerli təhlükəsizlik qüvvələrinin məlumatına görə, hücuma bir neçə adam qatılıb və aralarından ən az ikisi Roy ilə həyat yoldaşını vurub. 160 milyonluq əhalisinin çoxu müsəlman olan və dünyəvi bir ölkə kimi tanınan Banqladeşdə daha əvvəl də buna bənzər hücumlar olub, polis bu hücumların ardında fanatik dincilərin olduğunu söyləmişdi.  

Ölkədə 2013-cü ildə də yenə blogunda həddindən artıq dinciliyə qarşı yazılar yazan Ahmed Rajib Haydar Dəkkədəki evi yaxınlarında sui-qəsdə uğramışdı.  

2004-cü ildə isə yenə eyni kitab sərgisinə qatılan yazar Sultan Azad evinə dönərkən məruz qaldığı hücumda ağır yaralanmışdı.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi