Hazırda Barselonada davam edən Dünya Mobil Konqresində ən son mobil texnologiyalar nümayiş olunur.
Modern.az xəbər verir ki, onlardan biri də Huawei şirkəti tərəfindən nümayiş olunan CarFi sistemidir.Bu, avtomobil üçün nəzərdə tutulmuş və 4G LTE şəbəkəsini dəstəkləyən qurğudur. Bu qurğu avtomobildə İnternetə çıxış imkanı yaradır və eyni vaxtda 10 cihazı İnternetlə təmin etmək qabiliyyətinə malikdir. CarFi söndürülmüş halda olduqda ondan şarj aləti kimi istifadə etmək mümkündür.
Bakcell şirkəti özünün rəsmi Facebook səhifəsində Dünya Mobil Konqresindən ən son yenilikləri təqdim edir. CarFi haqqında videoya bu linkdən baxmaq olar:
//www.facebook.com/video.php?v=914885115223284