Modern.az

TQDK 44 liseydə ilin ilk buraxılış imtahanını keçirib

TQDK 44 liseydə ilin ilk buraxılış imtahanını keçirib

15 Mart 2015, 17:20


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 15-də 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib.

İmtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində isə 1 binada aparılıb. Bütün binalarda imtahan təlimata uyğun keçirilib, namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

TQDK martın 15-də eyni zamanda ölkənin bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirib.

İmtahan 29 şəhər və rayonda təşkil olunub və bütün mərkəzlərdə imtahan prosesi təlimata uyğun aparılıb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi