Modern.az

Prezident sarayı bombalandı

Prezident sarayı bombalandı

30 Mart 2015, 10:42


Yəməndə üsyançı Husilərin nəzarəti altında olan prezident sarayı koalisiya gücləri tərəfindən bombalanıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, koalisiya qüvvələrinin Yəməndə Husilərə qarşı apardığı əməliyyatda paytaxt Sənanın mərkəzində olan prezident sarayı bombalanıb.

Yəmənin tarixi sahil şəhərlərindən Muhanın da bombalanması nəticəsində Husilərin ələ keçirdiyi hava müdafiə düşərgəsindəki raket vahidlərinin məhv edildiyi də bildirilir.

Şahin Qocayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynada ƏMƏLİYYAT - Krımda Rusiyaya ağır zərbə