Modern.az xəbər verir ki, dünən Sərhədçi İdman Olimpiya Mərkəzində Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətinin Sərhədçi İdman Olimpiya Mərkəzinin karate üzrə təşkil etdiyi I açıq cempionatın açılış mərasimi keçirilib.
Yarışın keçirilməsində dəstək olan şəxslər general-leytenent Rəşad Sadiqov tərəfindən mükafatlandırılıblar.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətinin Sərhədçi İdman Olimpiya Mərkəzinin karate üzrə təşkil etdiyi I açıq cempionatına verdiyi dəstəyə görə" diplomu ilə təltif olunub.
Sonra isə, Fərəc Quliyev çempionatın qalib idmançılarına medal və təqdirnamələri təqdim edib.