Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanlarına başlayıb.
Modern.az saytı xəbər verir ki, ilk sınaq imtahanı aprelin 5-də keçirilib.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunub.
”İmtahan bütün mərkəzlərdə təlimata uyğun olaraq keçirilib. İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib”-deyə TQDK-dan bildirilib.
Qeyd edək ki, aprelin 6-dan etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq və nəticələr yaxın günlərdə elan olunacaq. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar səhifəmizdə veriləcək.
Modern.az