Modern.az

Tale Heydərov slovakiyalı deputatları Bakıya gətirir

 Tale Heydərov slovakiyalı deputatları Bakıya gətirir

8 Aprel 2015, 12:11

Bu gün slovakiyalı millət vəkillərinin Azərbaycana səfəri başlayır. Modern.az saytı xəbər verir ki, Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilən səfər 8-11 aprel tarixlərində baş tutacaq. Slovakiya-Azərbaycan Dosluq qrupunun sədri, Konstitusional və hüquqi məsələlər üzrə komitənin sədri Robert Madejinin (SMER-SD Partiyası) rəhbərlik etdiyi nümayəndə heyətinə Avropa Şurası Parlament Assambleyasındakı Slovakiya nümayəndə heyətinin rəhbəri, Avropa məsələləri üzrə komitənin üzvü  Olqa Naxtmannova (SMER-SD Partiyası), Sosial məsələlər üzrə komitənin üzvü Uiliam Jasan (SMER-SD Prtiyası), Xarici əlaqələr komitəsinin üzvü Marian Keri (SMER-SD Prtiyası), Konstitusional və hüquqi məsələlər üzrə komitənin üzvü Edita Pfundtner (müstəqil) və Mandat və Toxunulmamamzlıq komitəsinin üzvü Miroslav Kaduc (OĽaNO Partiyası) daxildir.

Slovakiyalı millət vəkillərinin səfər proqramında Milli Məclisdə, Xarici İşlər Nazirliyində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində  və ASAN Xidmətində görüşlər nəzərdə tutulub. Qonaqlar həmçinin Fəxri Xiyabanda ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Parlamentarilər məcburi köçkün düşərgəsinə də baş çəkəcəklər.

Xatırladaq ki, Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərovdur. O, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj