Modern.az

Azərbaycanda bir telekanal digər TV-ni oğurluqda ittiham etdi - VİDEO

Azərbaycanda bir telekanal digər TV-ni oğurluqda ittiham etdi - VİDEO

14 Aprel 2015, 21:03


Xaçmazda fəaliyyət göstərən RTV telekanalı Sumqayıtın “Dünya” TV kanalını plagiatlıqda suçlayıb. RTV-dən Modern.az-a saytına bildirilib ki, regional televiziyaların ölkədə daha çox tamaşaçı kütləsinə yetişə bilmədiyi dönəmlərdə dəfərlərlə bu kanalın baxımlı telelayihələri digər telekanallar tərəfindən mənimsənilib.

”Sırf RTV-yə məxsus verilişlərin ideya və mövzularının digər telekanallar tərəfindən oğurlanması faktları dəfələrlə baş verib. Məqsədimiz bu faktalara yenidən qayıtmaq deyil.
İndi isə, RTV-nin ən baxımlı telelayihələrindən biri bütövlükdə başqa kanal tərəfindən oğurlanıb. Həm də bu oğurluq təkcə layihənin ideyası, adının mənimsənilməsi ilə yekunlaşmır. “Dünya” TV heç bir tərəddüd etmədən RTV-nin 5 mövsüm efirdə yayımlanmış məşhur “Unudulmayan ifalar” verilişinin adını, RTV tərəfindən hazırlanan videobaşlıqları, hətta, RTV əməkdaşları tərəfindən səsləndirilmiş hazır materialları da özününküləşdirərək efirdə yayımlayır”.

RTV bəyan edib ki, “Dünya” TV-nin atdığı bu addım nəinki peşəkarlıq, hətta heç bir etik kriteriyaya sığmır. “RTV-nin “Unudulmayan ifalar” verilişi ötən mövsüm “Azerspace-1” peyki vasitəsilə yayımlanan Region TV-nin efirində tamaşaçılara təqdim olunub. Verilişdə bütün gücünü Azərbaycan incəsənətinə sərf etməklə xalqını sevdirən, tanıdan 200-dən artıq incəsənət fədaisinin həyat və yaradıcılığına işıq salınıb. Hazırda isə “Unudulmayan ifalar” verilişi təhrif olunaraq həftənin bazar ertələri “Dünya” TV-də yayımlanır”.

RTV müqayisə üçün özünün “Unudulmayan ifalar” verilişinin xalq artisti Mobil Əhmədovun yaradıcılığına həsr olunmuş sayı ilə eyni verilişinin “Dünya” TV tərəfindən təhrif olunmuş formasını təqdim edib.



Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi