“Cənab prezidentin imzası ilə Milli Məclisə Cinayət Məcəlləsinə dəyişiklik edilməsilə bağlı qanun layihəsi daxil olub. Artıq komitə iclasında layihə müzakirəyə çıxarılıb”.
“Maddə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi barəsindədir.
Yəni məlumat verilmədiyi halda xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına 1 ay müddətində yazılı məlumat verilməlidir. Əks təqdirdə məlumat verilməməsinə görə həmin şəxsi 3 min manatdan 5 min manata qədər cərimə, yaxud da 360 saatdan 480 saata qədər ictimai işlərlə cəza gözləyir.
Bu o deməkdir ki, Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşlığını qəbul edibsə, hətta əvvəllər olsa belə, bu haqda dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir”.
Deputat bildirib ki, qanun layihəsi Parlamentin 28 aprelə təyin olunan plenar iclasında müzakirəyə çıxarılacaq. Bundan sonra isə cənab Prezident qanun layihəsini imzalayacaq. Və qanun imzalandığı gündən qüvvəyə minəcək.
Düşünürəm ki, bunları nəzərə alaraq, ikili vətəndaşlığı olan şəxslər indidən cərimə olunmamaq üçün müvafiq icra hakimiyətinə müraciət edərək ikili vətəndaşlığı barədə məlumat verməlidir. Mən soydaşlarımızı bu məsələ ilə bağlı dərhal müvafiq qurumlara məlumat verməyə çağırıram”.
Gülşən RAUFQIZI