Modern.az

İcra başçısı DSK-dan imza vərəqələrini götürdü

İcra başçısı DSK-dan imza vərəqələrini götürdü

Təhsil

20 Sentyabr 2010, 14:35

Salyan rayon İcra hakimiyyətinin başçısı, Azərbaycanın keçmiş hərbi komissarı Əliağa Hüseynov  59 saylı Salyan seçki dairəsindən imza vərəqələrini artıq götürüb. Bu barədə Modern.az-a MSK-nın mətbuat xidmətindən bildiriblər. İcra başçısı namizədliyini bitərəf olaraq özü irəli sürüb.
Dairə Seçki Komisyyasının sədri Səlamət Kərimov xəbəri Modern.az-a təsdiq edib. Onun sözlərinə görə, rayonun icra başçısı namizəd olmaq üçün lazım olan imzaları toplamaq üçün imza vərəqələrini alıb.

Qeyd edək ki, Modern.az ilk olaraq Salyanın icra başçısınin deputat seçkilərində iştirakı ilə bağlı məlumat yayıb. Əliağa Hüseynov məlumatı saytımıza açıqlamasında təsdiqləyərək deputat olmaq istədiyini bəyan etmişdi.

DSK sədri Səlamət Kərimov bildirib ki, «onun namizədliyi qeydə alınarsa, fəaliyyətini müvəqqəti dayandırmalıdır. Seçki Məcəlləsinə görə, o, seçkilərdə qalib gələrsə, tutduğu vəzifədən azad olunacaq. Əks halda, seçkilər başa çatdıqdan sonra öz fəaliyyətini davam etdirəcək».


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU