Modern.az

Kral Yəmənə Milli qvardiya göndərdi

Kral Yəmənə Milli qvardiya göndərdi

21 Aprel 2015, 20:54



Səudiyyə Ərəbistanının kralı Salman ibn Abdul-Əziz Əl Sayd Səudiyyə ərəb milli qvardiyasının döyüşçülərinə Yəməndə “Fırtına əzmi” hərbi əməliyyatlarında iştirak etmək əmri verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, martın 26-da Ər-Riyadda müttəfiqlərin iştirakı ilə “Fırtına əzmi” əməliyyatı başlayıb. Bu əməliyyatda Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Mərakeş, Sudan, Misir və digər ölkələrin hərbi hava qüvvələri iştirak edir. Əməliyyatın məqsədi Yəməndə hakimiyyəti ələ keçirən şiələrdən ibarət üsyançı husiulərin “Ənsar Allah” hərəkatını məhv etməkdir. Səudiyyə Ərəbistanın əsas müttəfiqi ABŞ bu əməliyyatlarda hələ ki iştirak etmir, ancaq Yəməndəki beynəlxalq koalisiyanı n hərəkətlərini dəstəkləməyibəyan edir.

Xarici KİV-lərdəki məlumata görə, Ər-Riyad təkcə üsyançılara təkcə havadan deyil, Misir ordusu ilə birgə qurudan da zərbə endirməyə istisna etmir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi