Modern.az

Elnur Hüseynov “Eurovision”da ifa edəcək mahnısını Belçikada təqdim etdi

Elnur Hüseynov “Eurovision”da ifa edəcək mahnısını Belçikada təqdim etdi

Təhsil

22 Aprel 2015, 12:14

Azərbaycan təmsilçimiz Elnur Hüseynov Avropa promoturu çərçivəsində Belçikada olub.

Modern.az saytı xəbər verir ki, Elnur Belçikanın “Menttv” telekanalına müsahibə verib. “TV Limburg” kanalının efirində isə “Hour of the Wolf” müsabiqə mahnısını canlı ifa edib.

Daha sonra Elnur Hüseynov Belçikanın “Eurovision” təmsilçisi Loic Nottet ilə görüşüb. Loic Nottet də Elnur haqqında xoş sözlər deyib: ““Hour of the Wolf’ çox güclü və ürəyə toxunan bir mahnıdır, Elnurun isə çox gözəl səsi var. Musiqi videosunu da bəyənirəm. Elnurda ən çox xoşladığım cəhət onun peşəkar bir musiqiçi olmasıdır”.





Sevinc Yasinqızı

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı